MP3

MP3
Loqonun şəkli
Fayl adı uzantısı .mp3[3]
MIME tipi audio/mpeg[1][2]
Tərtibatçı Karlhaynz Brandenburq
Buraxılma tarixi avqust 1993[4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MP3 (oxunuşu em-pe-üç və ya ingiliscə em pi thri, açılışı MPEG-1 Audio Layer III) (Film Müəlliflər Qrupu Səs Təbəqəsi 3) — sıxışdırılmış səs növü və bu növdə qeyd edilən səslərə verilən ad.

Fraunhofer-Institute tərəfindən inkişaf etdirilmişdir. Rəqəmsal hala gətirilmiş səslər insan qulağının eşidə bilməyəcəyi titrəşimlərin silinməsi mexanizimi ilə işləyir. MP3, sıxışdırma növü olaraq "lossy" yəni, "itkili bir sinifdəndir". Bit aralığına bağlı olaraq səs keyfiyyəti müxtəlifliyinə görə seçilir. 128 kbit/s nizamında bir sıxışdırma ilə təxmini 1:11 nisbətində yaddaşdan istifadə edir.

MP3, MPEG-3 ilə qarışdırılmamalıdır. MPEG-x standartları MPEG qrupu tərəfindən tanınan, həm səs, həm də görüntü ilə bağlı standartlardır.

MP3 kəlməsi, MPEG Layer 3-ün qısaltmasından yaranmışdır. (MPEG=Motion Pictures Experts Group). Yeni bir musiqi fayl növüdür. Sıxışdırma alqoritmləri inkişaf etdirilməmişdən əvvəl komyuterdə səs nümunələri wav, pcm, voc, au, snd kimi formatlarda saxlanırdı. Bu formatlar səsi arxivləyərkən insan qulağının eşidə bilməyəcəyi səs tezliklərini də arxivləyərək faylın böyük həcmə malik olmasına gətirib çıxardırdı. Bu formatlarda CD keyfiyyətində 3-5 dəqiqəlik bir səs qeydinin saxlana bilməsi üçün 50-70 meqabayt arasında bir sabit disk sahəsi lazımdır.

MP3 yaradılarkən vacib bir mövzu da dəyişkən bit aralığı istifadə edilməsidir. Bir mp3 VBR (variable bit rate) adı verilən dinamik sıxışdırma mexanizmi ilə sıxışdırılırsa, itkinin vacib olmadığı hissəllərdə aşağı bit sıxlığı, vacib olduğu hissələrdə isə yüksək bit sıxlığı istifadə edilər. Bunun sayəsində sıxışdırılmış olan mp3, standart bir sıxışdırma intervalında işlənmiş fayldan daha az yer tutar.

MP3 sıxışdırma formatı tüm bütün sadəliyilə internetdə məşhurlaşmağa başladığında kimsə sonradan olacaqlardan xəbərdar deyildi. Başlanğıcda CD keyfiyyətində musiqi fayllarının sabit disklərdə əvvəlkinə nəzərən 16-da 1 nisbətində sıxışdırılaraq daha az yer tutması halına gətirilməsi insan tərəfindən rəğbətlə qarşılandı. Bütün internet istifadəçiləri öz evlərində və ofislərində bu sıxışdırma alqoritmini istifadə edən sıxışdırıcı proqramlar istifadə edərək CD-lərini, kasetlərini MP3 formatına çevirdilər.

  1. 1 2 Nilsson M. The audio/mpeg Media Type (ing.). IETF, 2000. 5 p. doi:10.17487/RFC3003
  2. 1 2 https://www.iana.org/assignments/media-types/audio/mpeg.
  3. https://www.file-extension.info/format/mp3.
  4. https://www.iso.org/standard/22412.html.

Developed by StudentB